DÜNYA ÖZ XƏBƏR

Bir qadın zibil təmizləyərək 9 bağ evini yandırıb

Rusiyada İrkutsk vilayətinin Bratsk şəhərində bağ sahəsində təmizlik aparan qadının ehtiyatsızlığı böyük yanğına səbəb olub.

32gun.az xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə “Verxovina” bağçılıq kooperativində baş verib. 44 yaşlı qadın sahəsində yığılmış tullantını bareldə yandırarkən alovun qığılcımları quru otlara sıçrayıb. Bu isə yanğının sürətlə yayılmasına səbəb olub. Su çatışmazlığı səbəbindən yanğını söndürmək çətinləşib. Nəticədə 600 kvadratmetr əraziyə yayılan alov doqquz qonşu tikiliyinə ziyan vurub. Yanğının söndürülməsinə 21 nəfər və altı texnika cəlb edilib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Ayxan 

Oxşar Xəbərlər