DÜNYA ÖZ XƏBƏR

Çay evində oturarkən bıçaqla hücuma məruz qalıb

Çanaqqalada bir nəfər çayxanada oturarkən bıçaqlı hücuma məruz qalıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 16:00 radələrində Demircioğlu Caddesi üzərində yerləşən çayxanalardan birində baş verib. İddiaya görə, çayxanada oturan M.A. adlı şəxs, aralarında ədavət olan Ç.A. tərəfindən bıçaqlanıb.

Ətrafdakı vətəndaşların müdaxiləsi nəticəsində bıçaqlı hücum edən şəxs zərərsizləşdirilib. Vətəndaşlar hadisə barədə dərhal təcili yardım və polis əməkdaşlarına məlumat veriblər. Yaralı M.A. hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, Ç.A. isə polisə təhvil verilib.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma başladılıb.

Ayxan 

Oxşar Xəbərlər