Leningrad vilayətində 16 il əvvəl törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb
Leningrad vilayətində 16 il əvvəl baş vermiş qətllə bağlı yerli sakin saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və region üzrə Baş İdarəsi məlumat yayıb.
Cinayət 2009-cu ilin fevralında, Novaya Ladoga şəhərində törədilib. 1955-ci il təvəllüdlü kişinin meyiti mənzilində aşkarlanıb. Ekspertiza onun boğularaq öldürüldüyünü müəyyənləşdirib. Hadisə ilə bağlı cinayət işi açılsa da, o zaman şübhəli şəxs müəyyənləşdirilə bilməmişdi.
Nazirliyin Telegram kanalında verilən məlumata görə, 16 il sonra polis hadisənin detallarını yenidən araşdıraraq qətldə şübhəli şəxsin kimliyini müəyyənləşdirib.
İstintaqın versiyasına əsasən, qətli törətməkdə 47 yaşlı, dəfələrlə məhkum olunmuş şəhər sakini təqsirləndirilir. Dindirilmə zamanı o, cinayəti etiraf edib və tanışı ilə birlikdə spirtli içki qəbul edərkən aralarında baş verən mübahisə nəticəsində onu öldürdüyünü bildirib.
Ayxan