DÜNYA ÖZ XƏBƏR

Slovakiyada neonasist “Valhalla” qruplaşmasının 20 üzvü saxlanılıb

Slovakiyada polis neonasist “Valhalla” qruplaşmasının 20 üzvünü saxlayıb. Onlardan 14 nəfərə ekstremizm ittihamı irəli sürülüb.

32gun.az xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qruplaşmanın üç üzvünün həbsinə dair qərarı Slovakiyanın Xüsusi Cinayət Məhkəməsi çıxarıb. Saxlanılan şəxslər Bratislavada ekstremist motivli cinayətlər törətməkdə şübhəli bilinir.

TASR slovak mətbuatına istinadla qeyd edir ki, ittiham olunan 14 nəfər ekstremist materialların yayılması ilə məşğul olub. Onlar açıq şəkildə irqi və dini dözümsüzlüyü, insan haqlarının və vətəndaş azadlıqlarının pozulmasını təbliğ ediblər.

Ayxan 

Oxşar Xəbərlər