DÜNYA ÖZ XƏBƏR

Kişi keçmiş həyat yoldaşının evinə od vurmaqda şübhəli bilinir

Sankt-Peterburqda 37 yaşlı kişi keçmiş həyat yoldaşının kirayə verdiyi mənzilin qapısını yandırmaqda şübhəli bilinir.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Hadisə 16 aprel tarixində Vsevolojsk rayonunun Çernaya Reçka qəsəbəsində, Vernaya küçəsində baş verib. Naməlum şəxs 20 yaşlı qızın kirayələdiyi mənzilin giriş qapısını yandırıb. Mənzilin sahibi isə Novqorod vilayətindən olan 33 yaşlı qadın olub.

Polis əməkdaşları 19 mayda şübhəli bilinən şəxsi Lyubimaya küçəsində yerləşən 1 nömrəli evin yaxınlığında saxlayıb. Onun cinayəti qisas məqsədilə törətdiyi ehtimal edilir.

Faktla bağlı əmlakın qəsdən yandırılaraq məhv edilməsi maddəsi ilə cinayət işi açılıb. Hadisənin detalları araşdırılır.

Qeyd edək ki, daha əvvəl Krasnodardan olan sərxoş kişi keçmiş arvadına qisas almaq üçün onun həyətindəki zibili yandıraraq evində yanğına səbəb olmuşdu.

Ayxan 

Oxşar Xəbərlər