Moskov vilayətində M-12 yolunda mikroavtobus və iki minik avtomobilinin toqquşmasında qadın və uşaq həlak olub
Moskov vilayətinin M-12 avtomobil yolunun 68-ci kilometrində mikroavtobus ilə iki minik avtomobilinin toqquşması nəticəsində bir qadın və bir uşaq həyatını itirib. Hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
32gun.az bildirir ki, bu barədə bölgənin Daxili İşlər İdarəsinin rəsmi Telegram-kanalında məlumat verilib.
Hazırda qəzanın bütün təfərrüatları araşdırılır. Yaralılara zəruri tibbi yardım göstərilir, hadisə yerinə təcili tibbi hava nəqliyyatı – sanitar helikopter də cəlb olunub, – deyə bölgənin Səhiyyə Nazirliyindən “İnterfaks” agentliyinə bildirilib.
Moskva vilayətinin İstintaq Komitəsi qəza ilə bağlı cinayət işi qaldırıb.
Ayaz