DÜNYA ÖZ XƏBƏR

İrkutsk vilayətində iki yaşayış məntəqəsində anbar yanğınları baş verib

İrkutsk vilayətində - Bratsk və Meget kəndində anbarlarda eyni anda iki böyük yanğın baş verib 

32gun.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bratskda anbar, dülgərlik və ağac emalı sexləri, qazanxana yanır. Yanğın 900 kvadratmetr ərazini əhatə edib. 40-dan çox xilasedici 14 ədəd xüsusi texnikanın dəstəyi ilə yanğını söndürür.

Megetdə rezin emalı zavodu və 990 kvadratmetr sahəni əhatə edən açıq anbar yanır. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 9 yanğınsöndürmə briqadasının 29 nəfərlik əməkdaşı iştirak edir.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Mayın 25-də Moskva vilayətinin Korolev şəhərindəki “Pioner” ticarət mərkəzində yanğın baş verib . İlkin məlumata görə, yanğın elektrik naqillərində nasazlıq və ya həddindən artıq yüklənmə səbəbindən baş verə bilər. Rusiya Federasiyasının Moskva vilayəti üzrə İstintaq Komitəsi cinayət işi açıb.

Ayxan 

Oxşar Xəbərlər