DÜNYA ÖZ XƏBƏR

Axşam saatlarında! Ticarət mərkəzində insident: kişi onu döyən gənci bıçaqladı

Rusiya Milli Qvardiyasının əməkdaşları, Moskvanın Okrucnoy keçidində yerləşən ticarət mərkəzində gənci bıçaqlayan 46 yaşlı kişini saxlayıblar.

32gun.az bildiri ki, Hadisə kişi ailəsi ilə birlikdə mağazaları gəzərkən baş verib. O, mağaza əməkdaşına qarşı aqressiv davranan və söyüş söyən bir qrup gənci görüb və onlara irad bildirib. Cavab olaraq, gənclərdən biri onun üzünə yumruq atıb və üzərinə bibər qazı sıxıb.

Təxribatdan sonra kişi özünümüdafiə məqsədilə hücum edən şəxsi ayaq nahiyəsindən bıçaqlayıb və onun arteriyasını zədələyib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.

Nilay 

Oxşar Xəbərlər