DÜNYA ÖZ XƏBƏR

Fransa parlamenti evtanaziya qanununu qəbul edib

Fransa Parlamenti evtanaziya və paliyativ yardım haqqında qanun layihələrini qəbul edib

Fransa Parlamenti əksəriyyət səsilə evtanaziya və paliyativ yardım ilə bağlı qanun layihələrini təsdiqləyib.

32gun.az bildirir ki, bu barədə Ouest France nəşri məlumat yayıb.

Milli Məclisdə könüllü tibbi yardım ilə həyata vida qanununa 305 deputat lehinə, 199 deputat isə əleyhinə səs verib. Qanun layihələri qəbul edildikdən sonra Fransa parlamentinin yuxarı palatası olan Senata göndərilib.

Müxalifətdə olan Respublikaçılar Partiyasının üzvü Filipp Juvən yeni qanunun depressiyadan əziyyət çəkən və qərarvermədə tam azad olmayan insanları həyata son qoymağa təşviq edə biləcəyini bildirib.

Qeyd edək ki, bu cür evtanaziya qanunları artıq Belçika, Niderland və Kanadada qüvvədədir. 2023-cü ilin aprelindən etibarən Niderlandda bu qanun 12 yaşa qədər olan uşaqlara da şamil edilir. Bu ölkələrdə həyata vida üçün tibbi yardım almağın əsas şərti həkim və müstəqil ekspert tərəfindən xəstənin “ümidsiz və dözülməz əzablar” içində olduğunun təsdiqlənməsidir.

Nilay 

Oxşar Xəbərlər