Finlandiya təhlükəsizlik polisinin əməkdaşı qatarla səfərdə məxfi sənədləri olan çantasını unudub
Finlandiya Təhlükəsizlik Polisi (SUPO) əməkdaşı ezamiyyət zamanı qatarda ikinci dərəcəli məxfi sənədlərlə dolu bel çantasını unudub.
32gun.az bildirir ki, bu barədə Yle telekanalı məlumat yayıb.
Məlumata görə, sənədlərin ikinci səviyyəli gizlilik dərəcəsi olub və onların məzmunu SUPO əməkdaşı olmayan şəxslərlə paylaşılmamalı idi. İlkin ehtimallara əsasən, sənədlər kənar şəxslərin əlinə keçməyib. Lakin əgər sənədlər ictimaiyyətə sızsaydı, bu SUPO-ya ciddi zərər verə bilərdi. Hadisədən sonra əməkdaşa rəsmi xəbərdarlıq edilib.
Qeyd edək ki, 23 may tarixində Yle xəbər vermişdi ki, Finlandiya parlamentinin baş katibi Antti Pelttari dövlətə xəyanətdə şübhəli bilinib. O, SUPO-nun rəhbəri işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sirrinin yayılması ehtimalı ilə araşdırılır. İstintaqın Rusiya xüsusi xidmət orqanlarının 2023-cü ilin yayında həyata keçirdiyi iddia edilən informasiya əməliyyatı ilə bağlı ola biləcəyi ehtimal olunur. Yle yazır ki, həmin əməliyyat çərçivəsində SUPO əməkdaşları guya "rus informatorlarla" əlaqədə olublar.
Ayxan