DÜNYA ÖZ XƏBƏR

Abortların qarşısının alınması məqsədilə yeni qanun qəbul edildi - Bu ölkədə

Nijni Novqorod vilayətinin Qanunvericilik Məclisi abortların profilaktikasına yönəlmiş yeni qanunu təsdiqləyib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsi regionun qubernatoru Qleb Nikitin tərəfindən irəli sürülüb.

Yeni qanuna əsasən, abort üçün müraciət edən hər bir qadına mütləq şəkildə USM (ultrasəs müayinəsi) olunacaq və bu zaman qadına və ya cütlüyə embrionun ürək döyüntüsü göstəriləcək. Bundan əlavə, qadın psixoloqla, ehtiyac olduqda isə hüquqşünasla görüşməli olacaq. Həkimlər isə abortun mümkün fəsadları barədə pasiyentləri məlumatlandırmağa borclu olacaqlar.

Qanun xüsusilə çətin həyat şəraitində olan qadınlara dəstəyə yönəlib. Regionda fəaliyyət göstərəcək yeni tibbi-sosial yardım mərkəzlərində hamilə qadınlara psixoloji, hüquqi və sosial dəstək veriləcək. Bu mərkəzlər sosial müdafiə qurumları, təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq edəcək.

Həmçinin, ailələrə verilən dövlət dəstəyi, güzəştlər, müavinətlər və müşayiət proqramları barədə məlumatlandırmanın genişləndirilməsi planlaşdırılır.

“Nəticə etibarilə, məqsədimiz qadınların çətin vəziyyətdə özlərini tək hiss etməmələri, əksinə, dəstək aldıqlarını hiss etmələridir,” – deyə Qanunvericilik Məclisinin sosial məsələlər komitəsinin sədri Natalya Smotrakova bildirib.

Rusiya Səhiyyə Nazirliyi bir gün öncə bildirmişdi ki, ötən il ölkədə 335 min abort qeydə alınıb – bu, əvvəlki illə müqayisədə 25 min azdır.

Ayaz

Oxşar Xəbərlər