DÜNYA ÖZ XƏBƏR

Sabiq nazir korrupsiya ittihamı ilə Dubayda saxlanılıb

Keçmiş Moldova naziri Vitali Pîrlog korrupsiya ittihamı ilə Dubayda saxlanılıb

Moldovanın keçmiş ədliyyə naziri və Dövlət Təhlükəsizlik və Məlumat Xidmətinin rəhbəri Vitali Pîrlog Dubayda saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, Pirlog 15 iyun tarixində tutulub.

O, Fransa hakimiyyətinin tələbi ilə İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi. Axtarış transsərhəd korrupsiya işi çərçivəsində elan olunub.

Daha əvvəl Bloomberg yazmışdı ki, Vitali Pîrlog İnterpolun məlumat bazasından beynəlxalq axtarışda olan şəxslərlə bağlı "qırmızı bildirişlərin" silindiyi korrupsiya sxeminin qurucusu ola bilər.

Xatırladaq ki, bu ilin fevralında Fransada ölkənin sabiq Baş naziri Jan Kasteks (2020–2022-ci illərdə baş nazir olub) dövlət vəsaitlərinin mənimsənilməsi və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinərək saxlanılmışdı.

Ayaz 

Oxşar Xəbərlər