Saxalin vilayətinin Şimalı-Kurilsk şəhərində kişi yatmış dostunun cibindən telefon oğurladığı üçün polis tərəfindən saxlanılıb.
32gun.az bildirir ki, bu barədə Rusiyanın vilayət Daxili İşlər İdarəsi məlumat yayıb.
28 yaşlı şəhər sakini hüquq-mühafizə orqanlarına müraciət edərək 22 min rubl dəyərində mobil telefonunun oğurlandığını bildirib. Məlum olub ki, hadisə günü zərərçəkən iki tanışı ilə birlikdə spirtli içki qəbul edib.
Daha sonra zərərçəkən sərxoş halda yatıb və bu zaman onlardan biri onun cibindən düşən telefonu götürərək ərazidən uzaqlaşıb. Sərxoş halda olan oğru mobil telefonu satmağa cəhd etsə də, buna nail ola bilməyib. O, bir binanın blokuna daxil olaraq orada yatıb qalıb.
Polis əməkdaşı tərəfindən oyadılan şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. 54 yaşlı şübhəli barəsində aparılan araşdırma nəticəsində onun beş ilədək azadlıqdan məhrumetmə cəzası ala biləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Xantı-Mansi Muxtar Dairəsində bir kişi qaz maskasında aptek və çatdırılma məntəqəsini qarət etmişdi. Hadisəni təsadüfən görən bir vətəndaş dərhal polisə məlumat verib. Polis əməkdaşlarını görən cinayətkar yük maşınının qoşqusunda gizlənməyə çalışsa da, yaxalanmışdı.
Ayaz