İran xüsusi xidmət orqanları ölkənin Luristan vilayətində İsrailin “Mossad” kəşfiyyat xidmətinə bağlı olduğu iddia edilən agentura şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
32gun.az bildirir ki, bu barədə “Sepah”a yaxın “Tasnim” agentliyi məlumat yayıb.
Əməliyyat nəticəsində 16 nəfər saxlanılıb. Onlar sosial şəbəkələrdə təxribatçı təbliğat aparmaqda, dronlar və partlayıcı maddələr vasitəsilə terror aktları hazırlamaqda, həmçinin strateji obyektlər barədə məlumat toplamaqda ittiham olunurlar.
Axtarışlar zamanı 200 kiloqram partlayıcı maddə, 23 pilotsuz uçuş aparatı üçün avadanlıq və buraxılış qurğuları yerləşdirilmiş "Nissan" markalı yük avtomobili aşkarlanaraq müsadirə edilib.
Rəsmi Tehran bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində ölkədə sabitliyi poza biləcək bir sıra terror aktlarının qarşısı alınıb.
Ayaz