Türkiyənin Muğla vilayətinin Fethiye mahalında motosikletlə yüngül ticari avtomobilin toqquşması faciə ilə nəticələnib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəza nəticəsində 54 yaşlı Osman Kirezli həyatını itirib.
Hadisə axşam saat 20:00 radələrində Fethiyənin Karaçulha məhəlləsində, Atatürk Bulvarında baş verib. İddiaya görə, yolun sağ tərəfində dayanan Osman Kirezlinin idarə etdiyi 48 ASD 362 dövlət nömrə nişanlı motosiklet, qəfil sola dönmək istəyən E.B.-nin sürdüyü 48 ABJ 827 nömrəli yüngül ticari avtomobilə arxadan çırpılıb. Toqquşmanın gücü ilə motosiklet sürüşərək aşıb, sürücü isə yola savrulub.
Ətrafdakı sürücülər dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ağır yaralanan Kirezliyə ilk tibbi müdaxiləni göstərib və onu xəstəxanaya çatdırıb. Lakin bütün müdaxilələrə baxmayaraq, Kirezli xəstəxanada vəfat edib. Onun meyiti müayinə üçün morqa aparılıb.
Qəza anı kameraya düşüb
Qəza anı ərazidəki təhlükəsizlik kamerasına da əks olunub. Görüntülərdə, yolun kənarında gözləyən yüngül ticari avtomobilin sola dönmək istədiyi, bu zaman arxadan gələn motosikletin ona çırpıldığı aydın görünür.
Qaynanasının yasından qayıdırmış
Məlumata görə, Osman Kirezli qaynanasının Seydikemer mahalının İzzettin kəndində keçirilən dəfn mərasimindən qayıdarkən qəzaya düşüb. Yüngül ticari avtomobilin sürücüsü E.B. saxlanılıb. Faktla bağlı istintaq davam edir.
Nilay