DÜNYA ÖZ XƏBƏR

Qadın 12 yaşlı qızını öldürmək üçün qatillə müqavilə bağlayıbmış / DƏHŞƏT

Anasını övlad qatili olmaqdan son anda saxladılar

Çelyabinsk vilayətində dəhşətli cinayət hadisəsinin qarşısı son anda alınıb. Kizil mahalının İzmaylovski qəsəbəsində yaşayan 46 yaşlı qadın 12 yaşlı qızının qətlini sifariş etməkdə ittiham olunur.

32gun.az xəbər verir ki, Rusiya Prokurorluğunun məlumat verib.

Məlumata görə, qadın bu ilin aprel ayında sərxoş vəziyyətdə tanışı olan əvvəllər məhkum edilmiş bir kişiyə müraciət edərək, qızını 100 min rubl müqabilində çayda boğmasını istəyib. O, “qatilə” pulun qızın ölümünü sübut etdikdən sonra veriləcəyini bildirib.

Lakin sifarişi qəbul edən şəxs bu dəhşətli əməli həyata keçirməyib və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Məhz bunun sayəsində azyaşlının həyatı xilas edilib.

Hazırda qadına qarşı “qətldə təhrik” maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmədiyini bildirib və işin münsiflər heyətinin iştirakı ilə baxılmasını istəyib. Cinayət işi baxılması üçün Aqpav rayon məhkəməsinə göndərilib.

Ayaz 

Oxşar Xəbərlər