DÜNYA ÖZ XƏBƏR

ABŞ və Çin strateji sabitlik dövrünə daxil olur – Marko Rubio

ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ştatlarla Çin arasında strateji sabitlik dövrünün başlandığını bildirib.

32gun.az xəbər verir ki, o Fox News-a müsahibəsində danışıb. 

“Biz strateji sabitlik dövrünə daxil oluruq. Axı söhbət dünyanın iki ən böyük iqtisadiyyatından gedir. Hesab edirəm ki, ABŞ Çinlə tammiqyaslı ticarət münaqişəsindən müəyyən mənfəət əldə edə bilərdi, lakin bu, dünya üçün dağıdıcı olardı”, – deyə Rubio vurğulayıb.

O qeyd edib ki, Vaşinqtonun Pekinlə münasibətlərində bir çox gərgin məqamlar mövcuddur və Birləşmiş Ştatlar bu problemlərlə mübarizə aparmalıdır.

Müsahibə zamanı Rubio həmçinin bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı sektoral və bank sanksiyalarının tətbiqini istisna etmir, lakin bu addımdan yayınmağa ümid edir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın masasında bir sıra variantlar var. Xüsusilə, rus neftinin satışına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ehtimalı mövcuddur ki, bu da Rusiyanın gəlirlərinə ciddi zərbə vura bilər.

Ayaz 

Oxşar Xəbərlər