İsrailin Baş naziri Binyamin Netanyahu, Nazirlər Kabinetinin dəstəyi ilə Qəzza zolağının tam işğalı barədə qərar verib.
32gun.az xəbər verir ki, bu barədə məlumatı İsrailin N12 kanalı hökumət dairələrindəki mənbələrə istinadla yayıb.
Məlumata görə, Netanyahunun aparatında yüksək vəzifəli şəxslər bildiriblər ki, “qərar artıq qəbul edilib – İsrail Qəzza zolağını işğal edir”.
Plan çərçivəsində HƏMAS-ın israilli girovları saxladığı ərazilər də daxil olmaqla bölgədə genişmiqyaslı hərbi əməliyyatlar həyata keçiriləcək. Hazırda İsrail Müdafiə Qüvvələri (TsAXAL) Qəzza zolağının təxminən 75 faizinə nəzarət edir. Yeni planla birlikdə qalan ərazilər də İsrail ordusunun idarəçiliyinə keçəcək.
Lakin bu qərar hərbi və siyasi dairələrdə narazılıqla qarşılanıb. Knesset üzvü Gilad Kariv bildirib ki, “Qəzza zolağının tam işğalı girovların həyatı üçün ölüm hökmü və təhlükəsizlik, humanitar və diplomatik sahələrdə fəlakət ola bilər”.
Bundan öncə, Baş nazirin müşaviri Dmitri Hendelman qeyd etmişdi ki, İsrailin yerli hakimiyyət orqanları yaxın zamanda Qəzza müharibəsində hədəflərə çatmaq üçün yeni tədbirlər görəcək.
Ayaz