DÜNYA ÖZ XƏBƏR

Hindistanda qadın müəllim azyaşlı şagirdinə  videobağlantı vasitəsilə "təcavüz edib" - Həbs olunub 

Hindistanda 35 yaşlı məktəb müəlliməsi azyaşlı şagirdinə qarşı etikadan kənar davranışlara yol verdiyi üçün həbs olunub.

32gun.az xəbər verir ki, bu barədə məlumatı NDTV yayıb.

İlkin araşdırmalara əsasən, qadın müəllim uzun müddət ərzində şagirdlə əxlaqa zidd yazışmalar aparıb, daha sonra isə videobağlantılar vasitəsilə yarıçılpaq halda uşağa görünməyə başlayıb.

Hadisə şagirdin atasına məlum olduqdan sonra, o, hüquq-mühafizə orqanlarına müraciət edib. Müəllimə barəsində cinayət işi başlanıb.

Uşağın valideynləri bildiriblər ki, müəllimənin bu hərəkətləri övladlarının psixoloji vəziyyətinə ciddi zərər vurub.

İstintaq çərçivəsində qadının mobil telefonu müsadirə olunub, hüquq-mühafizə orqanları onun sosial media hesablarında da araşdırma aparır. Həmçinin müəyyənləşdirilir ki, bu cür davranışlar digər şagirdlərlə də olub-olmaması ehtimalı var.

Ayaz 

Oxşar Xəbərlər