Rusiya Xarici İşlər Nazirliyi İsrail hakimiyyətinə rəsmi etirazını bildirib. Buna səbəb Rusiya Federasiyasının Fələstin Milli Administrasiyası (FNA) yanındakı nümayəndəliyinə məxsus xidməti avtomobilə Qüds yaxınlığındakı Givat-Asaf yaşayış məntəqəsi ərazisində edilən hücum olub.
32gun.az xəbər verir, bu barədə məlumat Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Nazirliyin saytında yayımlanan bəyanatında yer alıb.
Hadisənin detalları açıqlanmasa da, Rusiya tərəfi insidentlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və məsul şəxslərin müəyyən olunmasını tələb edir.
Ayaz