DÜNYA ÖZ XƏBƏR

Kanadada fermer təsərrüfatından qaçan bizonlar yolları bağlatdırdı

Kanadanın York bölgəsində iki bizonun fermer təsərrüfatından qaçaraq yollarda təhlükə yaratması nəticəsində polis bir neçə küçəni müvəqqəti olaraq bağlayıb.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı UPI yayıb.

Bizonlar fermadakı hasarı dağıdaraq qaçıblar və ətraf ərazidə sərbəst hərəkət etməyə başlayıblar. Yerli polis sosial şəbəkələrdə təcili xəbərdarlıq yayaraq sürücüləri Kıl-strit və Deyvis-drayv küçələrindən uzaq durmağa çağırıb. Eyni zamanda sakinlərə heyvanlara yaxınlaşmamaq və təhlükəsiz məsafə saxlamaq tövsiyə edilib.

Ferma sahibi Qarret Mak Syuini bildirib ki, hadisə cütləşmə dövründə baş verib. Onun sözlərinə görə, bu dövrdə bizonlar daha aqressiv və nəzarətsiz olur:
“Bu, olduqca qorxulu idi. Artıq ötən və ondan əvvəlki həftələrdə onların çox aqressiv davrandığını müşahidə etmişdik” – deyə fermer qeyd edib və son 13 ildə belə bir hadisənin ilk dəfə baş verdiyini əlavə edib.

Polisin verdiyi məlumata görə, hadisədən təxminən iki saat sonra hüquq-mühafizə orqanları, heyvan mütəxəssisləri və fermerin birgə səyi ilə hər iki bizon təhlükəsiz şəkildə fermaya qaytarılıb.

Ayaz 

Oxşar Xəbərlər