DÜNYA
Rusiya rəsmən elan etdi: Müharibə...
“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları vaxtında və tamamlanandan sonra başa çatacaq”.
32gun.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O, əlavə edib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə götürülməsi nəzərdə tutulub:
“Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”. //manset.az