DÜNYA ÖZ XƏBƏR

ABŞ qızıl külçələrə rüsumlar tətbiq edir

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti 1 kiloqram və 100 unsiya çəkidə qızıl külçələrin idxalına rüsum tətbiq edib.

32gun.az xəbər verir ki, bu barədə Financial Times yazıb.

Bilirir ki, bu addım dünyanın ən böyük qızıl emalçısı olan İsveçrəyə təsir göstərə bilər.

31 iyul tarixli sərəncamla külçələrin gömrük təsnifatı dəyişdirilib. Sektor əvvəlcə rüsumdan azad edən başqa kodun tətbiqini gözləyirdi. FT qeyd edir ki, hazırkı qərar sənayedəki əvvəlki gözləntilərlə kəskin ziddiyyət təşkil edir.

1 kiloqramlıq külçələr əsasən Comex fyuçers birjasında ticarət olunur. İsveçrə hər il ABŞ-a 8-10 milyard dollar dəyərində qızıl ixrac edir. Mütəxəssislər bunun İsveçrə emalçıları üçün mənfəət marjasını azalda, logistika zəncirlərinin yenidən nəzərdən keçirilməsinə və qlobal qiymətli metallar bazarına təzyiq göstərə biləcəyini bildirirlər.

8 avqustda ABŞ Prezident Administrasiyasının Milli İqtisadi Şurasının direktoru Kevin Hassett İsveçrənin hazırda rüsumlarla bağlı məsələdə ABŞ-la ikitərəfli razılığa gəlmək üçün cəhdlər göstərdiyini açıqlayıb.

Ayaz 

Oxşar Xəbərlər