30 yaşlı qadın baltalandı - Şübhəli qardaşıdır-YENİLƏNİB
Daşkəsəndə qadının qardaşı tərəfindən baltalanmasının bəzi detalları məlum olub.
"32gun.az"ın məlumatına görə, hadisə qardaşla bacı arasında yaranan qısqanclıq səbəbilə baş verib. Belə ki, xəsarət alan 30 yaşlı Əfsanə Cəfərova təxminən bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun həyat yoldaşından iki övladı olub. Bir ay öncə onun bir övladı dünyaya gəlib. Elə hadisə də övladı dünyaya gələndən sonra qardaşla bacının arasında düşüb. Bu mübahisənin sonu da qanla nəticələnib.
Qeyd edək ki, xəsarət alan qadının birinci həyat yoldaşı öz dayısı oğlu olub.
Xatırladaq ki, qadına xəsarət yetirməkdə şübhəli bilinən qardaşı 40 yaşlı İnqilab Məmmədovdur. Məlumata görə, onlar mövsümü olaraq Daşkəsən rayonun Qıyıqlı kəndində qalırlar. Qış aylarında isə Göygöl rayonunun Üçtəpə kəndində yaşayırlar.
Faktla bağlı araşdırma aparılır.
***14:47
Daşkəsəndə 30 yaşlı qadın balta xəsarətləri alıb.
"32gun.az" “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.
Əfsanə Cəfərovaya balta ilə xəsarət yetirməkdə 40 yaşlı qardaşı İnqilab Məmmədov şübhəli bilinir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.
Xəstəxanaya çatdırılan qadının vəziyyəti kafidir.