WhatsApp Rusiyada platformada səsli zəng funksiyalarının qismən məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama yayıb.
32gun.az xəbər verir ki, Şirkət Instagram hesabı vasitəsilə (Meta Rusiyada ekstremist elan edilib və qadağandır) istifadəçilərə məlumatlarının təhlükəsizliyi və məxfiliyinin qorunduğunu bildirib.
Xidmət nümayəndələri vurğulayıblar ki, tətbiq daxilində bütün ünsiyyət skvoznoy şifrələmə ilə qorunur və bu, məlumatların məxfiliyini təmin edir. Onlar həmçinin, Rusiyadakı istifadəçilər də daxil olmaqla, bütün dünyada rabitənin əlçatan qalması üçün səylərin davam edəcəyini qeyd ediblər.
Qərar, 13 avqustda Roskomnadzorun WhatsApp və Telegram da daxil olmaqla, bir sıra məşhur messencerlərdə səsli zəng funksiyalarını qismən məhdudlaşdırması ilə bağlı açıqlamasından sonra verilib. Qurum bu addımı fırıldaqçılıqla mübarizə məqsədilə atdıqlarını açıqlayıb. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, tam səsli rabitə funksiyası yalnız platformalar ölkə qanunvericiliyinə əməl etdikdə bərpa oluna bilər.
Bundan əvvəl Telegram da oxşar məhdudiyyətlərlə bağlı açıqlama yayaraq istifadəçilərin kimlərin onlara zəng edə biləcəyini müəyyənləşdirməsinə imkan verən genişləndirilmiş məxfilik parametrlərini təqdim etdiyini bildirib.
Nilay