ABŞ-ın Kaliforniya ştatının Paradaiz şəhərində 51 yaşlı Xuan Yepes-Qarsiya oğurluq mal saxladığına görə həbs olunub.
32gun.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Polisin açıqlamasına görə, kişi oğurlanmış kredit kartlarından istifadə edərək iri həcmdə sifarişlər verib. Mallar konkret ünvana çatdırılıb və detektivlər həmin yerdə məhsulları aşkarlayıblar.
Əraziyə baxış zamanı sənaye tipli dondurucular, başdan-başa ətlə doldurulmuş qablar və topdansatış etiketli qutular tapılıb. Hələlik oğurlanmış məhsulların hansı məqsədlə nəzərdə tutulduğu məlum deyil.
Yepes-Qarsiya ətlərin qanunsuz yolla əldə olunduğunu polisə etiraf edib. Əti daşıyan sürücünün isə sövdələşmələrin xarakterindən xəbəri olmayıb və ona qarşı ittiham irəli sürülmədən azad edilib.
Polis nümayəndələrinin sözlərinə görə, hazırda topdansatış şirkəti ilə birgə oğurlanmış məhsulların geri qaytarılması istiqamətində iş aparılır.
Ayaz