DÜNYA ÖZ XƏBƏR

Alanya sahillərində dəniz çirklənməsi turizm üçün təhlükə yaradır

Türkiyənin məşhur turizm mərkəzi Alanya və yaxınlıqdakı Gazipaşa sahillərində dəniz çirklənməsi bu il təhlükəli səviyyəyə çatıb.

32gun.az xəbər verir ki, turistlər su ilə təmasdan sonra ürəkbulanma, zəiflik və yüksək hərarət kimi narahatlıqlardan şikayətlənə bilərlər. Bu barədə Yeni Alanya nəşrinə Aralıq dənizi Universitetinin dosenti Güray Doğan məlumat verib.

Doğan bildirib ki, Alanya və Gazipaşa sahillərində ekoloji balansın pozulması yalnız turizm fəaliyyəti ilə deyil, həm də kənd təsərrüfatı tullantılarının dənizə qarışması və iqlim dəyişiklikləri ilə bağlıdır. Bu səbəbdən dəniz suyunda mikrobların sayı artır.

"Tullantılar günəş altında qızaraq sağlamlıq problemlərinə səbəb ola bilər. Vətəndaşlarda qusma, ürəkbulanma, zəiflik və yüksək hərarət kimi narahatlıqlar yarana bilər. Təəssüf ki, xüsusilə körfəzlərdə bakteriyaların çoxalması nəticəsində vətəndaşlardan sağlamlıqla bağlı şikayətlər gəlir", — deyə alim bildirib.

O əlavə edib ki, baş verən ciddi nəticələr qərb sahillərindəki körfəzlərdə özünü göstərəcək və bu da turizm sahəsində əhəmiyyətli itkilərə səbəb olacaq.

Qeyd edək ki, iyul ayının sonunda rus turistlər Türkiyə, Misir və Maldiv kurortlarında dənizdə üzəndən sonra dəri reaksiyalarından kütləvi şəkildə şikayət ediblər.

Ayaz 

Oxşar Xəbərlər