DÜNYA ÖZ XƏBƏR

"Pomidor əkdim, çətənə çıxdı"- Rusiyada polis tərəfindən saxlanılan "plantasiya"nın sahibindan qəribə açıqlama

Rostov vilayətinin Volqodonsk şəhərində polis əməkdaşları narkotik bitkilərin əkildiyi sahəni aşkarlayaraq onun sahibini saxlayıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, plantasiya Romanovskaya stanitsasında yerləşən fərdi yaşayış evinin ərazisində aşkar edilib. İlkin araşdırmalara əsasən, 44 yaşlı sakin internet üzərindən çətənə toxumları sifariş edərək bitkini satış məqsədilə becərib. Əməliyyat zamanı ümumilikdə 149 çətənə kolu və qablaşdırma üçün nəzərdə tutulan materiallar götürülüb.

Torpaq sahibinin isə istintaqa verdiyi izah diqqət çəkib – o, kameralar qarşısında “pomidor əkmişdim, çətənə çıxdı” deyə bildirib.

Polisdən verilən məlumata görə, şübhəli şəxs saxlanılıb və artıq etirafedici ifadə verib. Onun barəsində cinayət işinin başlanılması məsələsinə baxılır.

Nilay 

Oxşar Xəbərlər