Sankt-Peterburqda Fontanka çayında yerləşən gəzinti katerində yanğın baş verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Lomonosov körpüsünün yaxınlığında qeydə alınıb.Məlumata görə, yanğın icarəyə verilən “Edvard” adlı gəzinti katerində başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır, yanğının səbəbləri araşdırılır.
Xatırladaq ki, bundan əvvəl Vladivostokun Xasanski rayonundakı Minonosok körfəzində də içərisində sərnişinlər olan kater yanmışdı. Həmin vaxt insanlar alovdan xilas olmaq üçün suya tullanmış, hadisə görüntülərində isə qalın tüstü müşahidə olunmuşdu.. Ayaz