Angarskda itini dördüncü mərtəbədən atan şəxsə hökm oxunub.
32gun.az xəbər verir ki, bu barədə Babr Mash məlumat yayıb.
Hadisə ötən ilin avqustunda 211-ci kvartalda baş verib. Məlumata görə, yerli sakin dörd il əvvəl sığınacaqdan götürdüyü Bessi adlı itinə əsəbiləşərək onu pəncərədən atıb. Heyvan yerə çırpılaraq həyatla bir araya sığmayan xəsarətlər alıb.
Qonşular bildiriblər ki, həmin şəxs itini tez-tez evə buraxmır, Bessi isə məcburən küçədə və ya pilləkən qəfəsində gecələyirdi. Sakinlər onun ağır durumundan xəbərdar olduqları üçün heyvanı yemləyirdilər.
Məhkəmədə təqsirləndirilən şəxs öz günahını qəbul etməyib. O, heyvana qarşı qəddarlığa görə 240 saat ictimai işlərə cəlb olunub.
Nilay