2025-ci ilin əvvəlindən Ukraynanın çağırış yaşında olan təxminən 1000 kişisi Belarus sərhədində saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb, istinad Rusiyanın hüquq-mühafizə orqanlarına verilib.
Mənbə bildirib ki, bu göstərici xüsusi hərbi əməliyyatın (SVO) başlanmasından bu yana bütün əvvəlki illərdən iki dəfə çoxdur. 2022-ci ildə sərhəddə 61 nəfər, 2023-cü ildə 26 nəfər, 2024-cü ildə isə 336 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanları qeyd edirlər ki, ukraynalılar Avropaya qaçmaq üçün böyük məbləğdə pul ödəyirlər. Eyni zamanda deportasiya və Ukrayna Silahlı Qüvvələrinə göndərilmək riski insanları Belarus istiqamətində qaçmağa vadar edir.
22 avqust tarixində Ukrayna mətbuatı «Strana.ua» xəbər verib ki, Baş nazir Yuliya Sviridenko qanun layihəsini Ali Radaya təqdim edib. Layihə müharibə vəziyyətində ölkədən qanunsuz çıxışa görə cinayət məsuliyyətinin tətbiqini, sərhəd infrastrukturuna ziyan vurma və ya məhv etməyə, eləcə də xaricdə qalmış müddəti pozmağa görə məsuliyyətin müəyyən edilməsini nəzərdə tutur.
Ayaz