DÜNYA ÖZ XƏBƏR

Şotlandiyada İlon Mask “ictimai birliyi sarsıtmaqda” ittiham olunub

Şotlandiyanın birinci naziri Con Svinni amerikalı milyarder İlon Maskı Dandi şəhərində baş verən hadisə ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə 12 yaşlı bir qızın tutulması ilə bağlıdır. İddialara görə, o, onu çəkən miqrantdan müdafiə olunmaq üçün bıçaq və baltadan istifadə edib. İctimai narazılıq isə polisin 23 avqustda məktəblini qanunsuz silah gəzdirdiyinə görə saxlaması, çəkiliş aparan şəxsi isə azad buraxması ilə artıb.

İlon Mask sosial şəbəkə X-dəki paylaşımlarında qızın və digər gənclərin videoda cinsi zorakılıq riski ilə üz-üzə qaldığını iddia edib.

“Şotlandiya polisi cəmiyyətdə qorxu yaratmaq üçün istifadə olunan qəsdən dezinformasiya ilə bağlı xəbərdarlıq edib... Amma İlon Mask kimi şəxslərin bu hadisə barədə yanlış məlumat yayaraq ictimai birliyi sarsıtmağa çalışması tamamilə qəbuledilməzdir”, – deyə Svinni bildirib.

27 avqustda aparılan araşdırmada məlum olub ki, qızı çəkən şəxslər Bolqarıstandan olan ailəli cütlük imiş və onların qanunu pozduğuna dair heç bir fakt aşkarlanmayıb.

Ayaz 

Oxşar Xəbərlər