Soçidə istirahət edən turist qadın dənizdə üzgüçülük etdikdən sonra dəyəri 2 milyon rublu (təxminən 22 min dollar) olan qol saatını itirib.
32gun.az xəbər verir ki, hadisə barədə “Baza” məlumat yayıb.
Məlumata görə, Yekaterina adlı turist yeni tanış olduğu kişi ilə içki içdikdən sonra birlikdə dənizə üzməyə qərar verib. O, Rolex markalı saat da daxil olmaqla bütün əşyalarını sahildə qoyub. Təxminən 10 dəqiqə davam edən üzgüçülükdən sonra isə saatını tapa bilməyib.
Qadın bildirib ki, üzən zaman onun əşyalarının yanında bir qrup gənc olub. O, onlara yaxınlaşaraq saatın itməsindən şübhələndiyini deyib. Gənclər isə qadının yeni tanışı ilə suda “uyğunsuz hərəkətlər” etdiyini iddia edərək, oğru adlandırıldıqları üçün həmin kişini döyüblər.
Hadisə yerinə gələn polis əməkdaşları müşahidə kameralarının görüntülərinə baxsalar da, lazımi kadrları tapa bilməyiblər. Turist qadının sözlərinə görə, həmin görüntülər bilərəkdən silinmiş ola bilər.
Nilay