DÜNYA ÖZ XƏBƏR

Niderlandda etirazlar zamanı qadınlara təcavüz edilib

Niderlandda küçələrdə təhlükəsizliyin təmin olunması tələbi ilə keçirilən aksiyaların iştirakçıları mitinqlər zamanı zorakılıq və təcavüzlə üzləşiblər.

32gun.az xəbər verir ki, bu barədə “NL Times” portalı feminist təşkilat Dolle Mina-ya istinadla xəbər verib.

Məlumata görə, Qroningen şəhərində bir kişi qadını onun razılığı olmadan öpüb. Amersfoort, Amsterdam və Utrextdə isə iştirakçılar söyüşlərə, təhqirlərə və qadınlara qarşı nifrət dolu şüarlara məruz qalıblar.

Aksiyaların keçirilməsinə səbəb avqust ayında Deivendrextdə 17 yaşlı qıza edilən qəddar hücum olub. Yeniyetmə velosipedlə Amsterdamdan qayıdarkən ona bir neçə bıçaq zərbəsi vurulub.

Xatırladaq ki, iyunda Niderlandda NATO siyasətinə qarşı da genişmiqyaslı etiraz aksiyası baş tutmuşdu. Sol partiyalar və ölkənin anti-müharibə təşkilatları tərəfindən təşkil edilən nümayişə təxminən 5 min nəfər qatılmışdı. Etirazçılar NATO-nun hərbi siyasətinə, müdafiə xərclərinin artmasına və Qərbin neokolonializm siyasətinə qarşı çıxmışdılar.

Ayaz 

Oxşar Xəbərlər