MƏDƏNİYYƏT - ŞOU

Bədbəxtdirlər, içlərində şeytan var, bizi toyuna çağıranlar belə deyil - Nadir Qafarzadə

"Rusların bir sözü var: inşallah, bu toydan sizin də qapıda olar. Heç kim yaxasına döyməsin. Həyatdır, Allah göstərməsin, hər kəsin başına iş gələ bilər. Heç kimin pis gününə sevinmək lazım deyil".

32gun.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O bildirib ki, tanınmışların pis gününə sevinənlər insan ola bilməz:

"Əgər insan kiminsə pis gününə sevinirsə, deməli, insan deyil. Onun içində şeytan var. Hər bir ölkənin pisi də var, yaxşısı da. Meşə çaqqalsız olmayan kimi bizdə də pislər çoxdur".

N.Qafarzadənin sözlərinə görə, öz toyuna müğənniləri çağıranlar onlar haqqında pis danışmır:
"Müğənnilər haqqında pis deyənlər onların yerində olmaq istəyib ola bilməyənlərdir. Uğursuz, məqsədsiz, boşluq olan insanlardır. Onlar həyatda heç nəyə nail ola bilməyiblər. Onlar insancıqlardır. Allah onlardan hər şeyi alıb. Çünki xoşbəxt olan insan heç vaxt heç kim haqqında pis şey yaza bilmir. Bədbəxt insan bədbəxtdir deyə, hamını bədbəxt görmək istəyir", - deyə o söyləyib.

Oxşar Xəbərlər