Walt Disney ABŞ Federal Ticarət Komissiyasının (FTC) uşaqlara aid şəxsi məlumatların qanunsuz toplanması ilə bağlı iddiasını həll etmək üçün 10 milyon dollar ödəməyi qəbul edib.
32gun.az xəbər verir ki, bu barədə Reuters xəbər yayıb.
Komissiya iddia edib ki, Disney YouTube platformasında yerləşdirdiyi bəzi videoların uşaqlar üçün nəzərdə tutulduğunu göstərməyib. Səhv işarələmə nəticəsində şirkət 13 yaşdan kiçik tamaşaçılar barədə məlumat toplayaraq həmin uşaqlara hədəfli reklam yönəldib.
Şikayətdə həmçinin Disney-in ABŞ-ın “Uşaqların onlayn məxfiliyinin qorunması” qaydasını pozduğu qeyd olunub. Qanuna görə, uşaqlar üçün nəzərdə tutulan onlayn xidmətlər valideynləri məlumat toplama barədə xəbərdar etməli və onların razılığını almalıdır.
Məhkəmə qərarına əsasən, Disney bundan sonra videolarının düzgün olaraq “uşaqlar üçün nəzərdə tutulub” kimi işarələnməsini təmin edəcək xüsusi proqram tətbiq etməlidir.
Disney rəsmisi isə bildirib ki, şirkət “uşaqların məxfiliyini qorumaq sahəsində ən yüksək standartlara sadiqdir” və bu istiqamətdə yeni texnologiyalara sərmayə yatırmaqda davam edəcək.
ABŞ-da bir gün əvvəl isə Merilin Monronun evinin sökülməsi qadağan edilib.
Ayaz