Milyarder iş adamı İlon Mask UFC-nin sabiq çempionu Konor Makqreqorun İrlandiya prezidentliyinə namizədliyini dəstəkləyib.
32gun.az xəbər verir ki, o "X" osial şəbəkəsində paylaşım edib.
“İrlandiya xalqı üçün Makqreqordan daha inadkar mübarizə aparacaq heç kim yoxdur”, – Mask yazıb.
Qeyd edək ki, İrlandiyada prezident seçkiləri 11 noyabr 2025-ci il tarixində keçiriləcək. Sentyabrın 4-də Makqreqor rəsmi şəkildə prezidentlik uğrunda mübarizəyə qoşulduğunu açıqlayıb. O, hələ 2025-ci ilin martında seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi.
Makqreqor miqrasiya siyasətinin sərt tənqidçisi kimi tanınır. O, bu mövzuda ABŞ prezidenti Donald Tramp ilə də görüşüb və İrlandiya hökumətini qeyri-leqal miqrasiyanı dəstəkləməkdə ittiham edib.
Xatırladaq ki, 36 yaşlı Makqreqorun son döyüşü UFC 264 turnirində amerikalı idmançı Dastin Poriyə qarşı olub. Döyüşün ilk raundunda ayağını sındıran Makqreqor məğlubiyyətlə rinqi tərk edib.
Ayaz