DÜNYA ÖZ XƏBƏR

Moskvada kuryerin velosipedi üstündə bıçaqlanma hadisəsi baş verib

Moskvada naməlum şəxslər çatdırılma xidmətinin kuryerini velosipedi üstündə bıçaqlayıb.

32gun.az xəbər verir ki, hadisə barədə mk.ru xəbər yayıb.

İnsident 8 sentyabr gecəsi Svobodny prospektində baş verib. 27 yaşlı miqrant restorandan sifarişi götürməli olsa da, təyinat nöqtəsinə çatmayıb. O, 25-30 yaşlarında görünən altı nəfər tərəfindən saxlanılıb.

Heç nə şübhələnməyən kuryer qrupa yaxınlaşaraq onlardan nə istədiklərini soruşub. Onlardan ikisi, üzərində spirt qoxusu olan şəxslər, kuryerdən velosipedini istəsələr də, o, işlərinin olduğunu bildirərək imtina edib. Bunun üzərinə hücumçular velosipedi ələ keçirərək kuryerin getməsinə imkan verməyiblər.

Daha sonra baş verən davada kuryer sol bud və qol nahiyəsinə iki bıçaq zərbəsi alıb. Hücumçular hadisə yerindən qaçıblar, yaralı isə xəstəxanaya çatdırılıb. O, artıq polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışına başlayıb.

Ayaz 

Oxşar Xəbərlər