Ağ Ev hələlik ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında yeni telefon danışığının keçiriləcəyini elan etməyə hazır deyil.
32gun.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Tramp sentyabrın 8-də yaxın günlərdə rusiyalı həmkarı ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirmişdi. Sentyabrın 5-də də o, Putinə yaxın vaxtlarda zəng edəcəyini açıqlamışdı.
Eyni gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Kremlin ABŞ-dan belə bir danışıqlara dair müraciət almadığını vurğulamışdı.
Bunun fonunda ABŞ maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır, lakin bunun üçün Avropadakı tərəfdaşların dəstəyi vacibdir. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset isə bildirib ki, sentyabrın 7–8-də ABŞ sanksiyaların miqyası və tətbiq müddəti ilə bağlı geniş müzakirələr aparacaq.
Ayaz