DÜNYA ÖZ XƏBƏR

Ata azyaşlı oğlunu xəstəxanada döydü - Bu ölkədə

Nijni Novqorod vilayətində kişi azyaşlı oğlunu xəstəxanada, digər pasiyentlərin gözü qarşısında döyüb.

32gun.az xəbər verir ki, hadisə barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məsələ televiziya reportajından sonra ictimaiyyətə məlum olub. Kadrlarda atanın uşağına qarşı qəddarlığı müzakirə edilib. Məlumata görə, həmin şəxsin beş övladı var və onlardan bir neçəsinə görə o və həyat yoldaşı artıq valideynlik hüququndan məhrum ediliblər.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsi (işgəncə vermə) üzrə cinayət işi başlanıb. Eyni zamanda, qəyyumluq orqanlarının fəaliyyətsizliyinə görə CM-in 293-cü maddəsi (səhlənkarlıq) üzrə yoxlama aparılır.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Nijnı Novqorod İstintaq İdarəsinin rəhbərinə işin gedişi və yoxlamanın nəticələri barədə hesabat verməyi tapşırıb.
Ayaz 

Oxşar Xəbərlər