Tramp Çarli Kirk üçün dua çağırışı etdi
ABŞ Prezidenti Donald Tramp Yuta ştatında sui-qəsdə məruz qalan amerikalı konservativ aktivist Çarli Kirk üçün vətəndaşlara dua etməyi çağırıb. 32gun.az xəbər verir ki, ABŞ lideri bu barədə müraciətini özünün Truth Social sosial şəbəkəsində paylaşıb.
Tramp çıxışında Kirkə dəstəyini ifadə edib və hamını onun sağalması üçün dualara qoşulmağa dəvət edib:
“Biz hamımız Çarli Kirk üçün dua etməliyik, o, sui-qəsdə məruz qalıb” – deyə dövlət başçısı yazıb.
Xatırladaq ki, Turning Point USA adlı konservativ təşkilatın qurucusu və Donald Trampın yaxın tərəfdarı olan Çarli Kerk sentyabrın 10-da Yuta Velli Universitetində çıxışı zamanı sui-qəsd nəticəsində boğazından güllə yarası alıb. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Mediada Kirkin həyatını itirməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar dolaşsa da, rəsmi qurumlar hələlik bu informasiyanı açıqlamayıb.
Ayaz