Türkiyədə Elazığın Abdullahpaşa məhəlləsində yerləşən Işık Parkı’nda parkda oyun oynayan iki 6 yaşlı uşaq arasında yaranan itişmə zamanı, uşaqlardan birinin atası olan polis əməkçisinin digər uşağa fiziki müdaxilə etdiyi iddia edilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ərazidə narazılığa səbəb olub.
Elazığ Valiliyindən verilən rəsmi açıqlamada bildirilir ki, olayla bağlı inzibati yoxlama başlanılıb və polis əməkçisi vəzifəsindən uzaqlaşdırılıb:
"İlimiz Abdullahpaşa Mahallesi Işık Parkı’nda baş verən bir hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə bu açıqlamanın verilməsi zəruri görülmüşdür. Söz konusu hadisədə parkda oyun oynayan 6 yaşlı iki uşaq arasında yaşanan itişmə zamanı, velilərdən biri olan polis əməkçisinin olaya qarışdığı və uşağa fiziki müdaxilə etdiyi iddiası üzrə dərhal tədbir görülmüşdür. Soruşturma Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılır. Hadisəyə qarışan polis əməkçisi vəzifəsindən uzaqlaşdırılmış və əlavə olaraq inzibati yoxlama başlanılmışdır"
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ayaz