Almaniyada pilotların uçuş zamanı qısa yuxusu gündəmə çevrilib
Almaniyada pilotların kabinada uçuş zamanı yuxuya getməsi artıq reallıqdır. Bu barədə məlumat Avropa Pilotlar Assosiasiyasının araşdırmasında yer alıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, son həftələrdə təşkilat Almaniyanın müxtəlif hava şirkətlərindən 900-dən çox pilot arasında sorğu keçirib. Nəticələr göstərib ki, iştirakçıların 93%-i uçuş zamanı qısa drem etdiklərini etiraf edib. Uzunmüddətli reyslərdə 56% pilot, qısa məsafəli uçuşlarda isə 44% pilot yuxuya gedib. Sorğuya qatılan pilotların dörddə üçü üçün gündüz yuxusu artıq adi haldır: 44% müntəzəm olaraq, 33% zaman-zaman, 12% isə hər uçuşda drem edir, 3% üçün isə bu yalnız bir dəfə baş verib.
Pilotlar bildiriblər ki, sıx qrafik, heyətin azlığı və artan iş yükü səbəbindən yorğun olmalarına baxmayaraq uçuşları davam etdirirlər.
Assosiasiyanın vitse-prezidenti Katarina Dizeldorf qeyd edib: "Qısa yuxu özü kritik deyil. Lakin ekipajın davamlı yorğunluğu ciddi risk yaradır". Təşkilat Almaniya hakimiyyətini, hava şirkətlərini və siyasətçiləri pilotların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün tədbir görməyə çağırıb.
Xatırladaq ki, ötən il İndoneziyada bir təyyarə pilotların yarım saatlıq yuxuya getməsi səbəbindən marşrutdan çıxmışdı. Təyyarədə 153 sərnişin və ekipaj üzvü var idi. Uçuşun başlanğıcından bir neçə dəqiqə sonra pilotlardan biri həmkarından icazə alaraq dincəlmiş və komandanın özü də qısa müddət yuxuya gedərək hava nəzarəti ilə əlaqəni kəsmişdi. Nəticədə təyyarə kursdan çıxmışdı.
Ayaz