DÜNYA ÖZ XƏBƏR

Aİ bir şəxsi Rusiyaya qarşı sanksiyalar siyahısından çıxardı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadarkən siyahıdan bir nəfərin adını çıxarıb. Həmin şəxsin kimliyi rəsmi qərar Aİ-nin jurnalında dərc edildikdən sonra açıqlanacaq.

32gun.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Məlumata görə, həmçinin artıq həyatda olmayan bir şəxsin də siyahıdan çıxarılması nəzərdə tutulur.

Xatırladaq ki, BMT-də Rusiya Federasiyasının insan hüquqları və humanitar məsələlər üzrə daimi nümayəndəliyinin baş müşaviri Yevgeni Ustinov daha əvvəl bəyan etmişdi ki, Qərbin genişmiqyaslı və nəzarətsiz sanksiyaları BMT prinsiplərini pozur və ölkələrin suveren inkişafına mane olur.

Bundan əlavə, 12 sentyabrda Reuters agentliyi mənbələrə istinadla xəbər verib ki, Avropa Komissiyası gələn həftə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcək.

Ayaz 

Oxşar Xəbərlər