DÜNYA ÖZ XƏBƏR

Britaniyada oğurluq və təcavüz hadisəsi - Qızın qaçması hadisəni ifşa etdi

 Britaniyada Kent bölgəsində 12 yaşlı qızın oğurlanması və təcavüzə məruz qalması ilə bağlı üç nəfər məhkəmə tərəfindən günahkar bilinib.

32gun.az bildirir ki, hadisə SkyNews tərəfindən işıqlandırılıb.

Məlumata görə, 26 yaşlı Kevin Horvat və 38 yaşlı Ayvan Turtaq qızla əvvəldən tanış olmayıb və onu supermarketin parkinqində görərək maşına minməyə razı salıblar. Onlar qıza narkotik maddələr, o cümlədən metamfetamini veriblər. Daha sonra 27 yaşlı Ernest Gunar onlara qoşulub.

İki gün ərzində qız zorlanıb. Hadisə zamanı o, oğurlardan əvvəl ayılıb və qaçaraq xilas olub. Məhkəmədə üç nəfər peşmanlıq göstərməyib, qızın 19-20 yaşında olduğunu iddia ediblər. Hakim isə qızın həmin yaşda görünmədiyini vurğulayıb.

Hakim bildirib ki, qız hadisədən sonra yuxusuzluq və qorxu hissi ilə üzləşir və insanlarla ünsiyyətdə narahat olur.

Məhkəmə qərarı: Kevin Horvat və Ayvan Turtaq 17 il, Ernest Gunar isə 19 il həbs cəzası alıb.

Nilay 

Oxşar Xəbərlər