Bursanın Nilüfər rayonunda yerləşən marketlərdən birində 10 yaşlı uşaq yanğına səbəb olub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, rəfdən qopardığı etiketi çaxmaqla yandıraraq salfetlərin üzərinə atıb. Qısa müddətdə alovlanan reyonu yanğınsöndürənlər söndürüb. Hadisə anı təhlükəsizlik kamerasına əks olunub.
Hadisə sentyabrın 13-də saat 14:30 radələrində Fatih Sultan Mehmet küçəsində yerləşən zəncir marketin filialında baş verib. Marketə daxil olan uşaq, salfetlərin olduğu rəfdən etiketi qopararaq çaxmaqla alışdırıb və məhsulların arasına ataraq qaçıb.
Qısa müddətdə reyonu tüstü bürüyüb. İşçilərin məlumatı əsasında əraziyə yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. İtfaiyənin operativ müdaxiləsi nəticəsində yanğın böyümədən söndürülüb.
Yanğın zamanı bəzi məhsullar zərər görüb, marketdə maddi itki yaranıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və uşağın tapılması üçün tədbirlər görülür.
Nilay