DÜNYA
Rusiya daha bir ölkəni HƏDƏLƏDİ
Rusiya Bosniya və Herseqovinanı NATO-ya üzv olacağı təqdirdə “Ukrayna ssenarisi” ilə hədələyir.
32gun.az xəbər verir ki, bunu Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov bildirib.
“Əgər Bosniya və Herseqovina nəyinsə iştirakçısı olmaq qərarına gəlsə, bu, daxili işdir. Amma bizim reaksiyamız başqa məsələdir. Ukraynanın timsalında biz nə gözlədiyimizi göstərdik. Təhdid olarsa, reaksiya verəcəyik. ”, - deyə rəsmi Moskva bildirib.
Nurlan Şiraliyev