DÜNYA

Qonşu ölkədə ard-arda ZƏLZƏLƏR OLUB

Bu gün səhər saatlarında Buşəhr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib.

32gun.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Məlumata görə, saat 00:33-də 4,1 bal gücündə ilk zəlzələ qeydə alınıb.

Bundan 7 dəqiqə sonra 3,7 bal gücündə ikinci təkan baş verib. Daha sonra saat 01:43-də isə 2,9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.

Zəlzələlər nəticəsində dağıntı və insan itkisi ilə bağlı məlumat verilməyib.

Oxşar Xəbərlər