Misirin məşhur turizm şəhərləri — Hurqada və Makadi sahillərində köpəkbalıqlarının sahilə təhlükəli dərəcədə yaxınlaşması səbəbindən bir sıra otellərin çimərlikləri bağlanıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təxminən 10 otelin, o cümlədən Labranda Royal Makadi, Cleopatra Luxury Beach, Stella Makadi kimi 5 ulduzlu mehmanxanaların çimərliklərində qadağalar tətbiq olunub. Hazırda bəzi otellərdə qadağa götürülsə də, turizm obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Turistlərə də öncədən xəbərdarlıq edilir. Belə ki, noyabr ayı üçün tur sifariş edən bir vətəndaşa, səfər zamanı dənizdə köpəkbalıqlarının olduğu barədə məlumat verilib. Mütəxəssislər qeyd ediblər ki, Misir sahillərində xüsusilə timsah dişli (tiger shark) və buğa (bull shark) k&oul;pəkbalıqlarına rast gəlinir ki, onlar insan üçün son dərəcə təhlükəlidir.
Xatırladaq ki, 2025-ci ilin iyulunda oxşar hadisə Türkiyənin Aralıq, Egey və Mərmərə dənizi sahillərində də qeydə alınmışdı. O zaman uzunluğu 3,5 metrədək olan köpəkbalıqları turistləri qorxuya salmışdı.
Misirdə köpəkbalığının son hücumu isə 2023-cü ildə baş vermişdi. Hurqadada timsah dişli köpəkbalığı 23 yaşlı rusiyalı turist Vladimir Popova hücum edərək ölümünə səbəb olmuşdu.
Hazırda Misirdə turizm məkanlarında təhlükəsizlik orqanları çimərliklərdə vəziyyəti nəzarətdə saxlayır.
Ayaz