ÖZ XƏBƏR

Gün ərzində ekran vaxtı - faydalar və risklər

Gün ərzində telefon və kompüter ekranında keçirdiyimiz vaxt həm faydalı, həm də zərərlərə malikdir. 32gun.az-ın apardığı araşdırmaya görə, Texnologiya həyatımızı asanlaşdırsa da, uzun müddətli istifadəsi fiziki və psixi sağlamlığa mənfi təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, uşaqlar və yeniyetmələr üçün gündə 2 saatdan artıq ekran istifadəsi diqqət, yuxu rejimi və göz sağlamlığına mənfi təsir göstərir. Böyüklərdə isə 4–5 saatlıq davamlı ekran vaxtı boyun, bel və göz gərginliyi, yuxu problemləri, həmçinin diqqətin azalması ilə əlaqələndirilir. Eyni zamanda, texnologiya təhsil, iş və sosial əlaqələr üçün faydalıdır. Onlayn mənbələrdən öyrənmək, iş görmək, dostlarla ünsiyyət saxlamaq və yaradıcılıq fəaliyyətləri texnologiyanın müsbət tərəflərinə aiddir.

Psixioloq Aysel Quliyeva 32gun.az-a açıqlamasında bildirib ki, gün ərzində müəyyən fasilələr yaratmaq və ekran vaxtını balanslı şəkildə bölmək vacibdir: “Hər saatdan sonra 5–10 dəqiqə gözləri dincəltmək, boyun və kürək əzələlərini gərmək tövsiyə olunur. Uşaqlar üçün isə dərs vaxtı xaricində mümkün qədər açıq havada oyun və fiziki fəaliyyət önəmli rol oynayır.”

Araşdırma göstərir ki, texnologiyanın həm faydalı, həm də zərərli tərəflərini nəzərə alaraq balans yaratmaq uşaqlar və böyüklər üçün sağlam həyat tərzi üçün vacibdir.

Nilay

Oxşar Xəbərlər